13 Avqust 2019 09:12
1 658
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-İran müharibəsi olarsa, İraq da savaşa qoşulacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri İraq parlamentinin Təhlükəsizlik və müdafiə komissiyasının üzvü Kərim İləvi deyib.

O bu müharibənin məcburi hal alacağına işarə vurub: "İraqda ABŞ hərbi qüvvələri var. Əgər ABŞ İranı bombalayarsa, İran da ölkəmizdəki ABŞ mövqələrinə eyni qaydada cavab verəcək".

Kərim İləvi İraq hökumətinin İran-ABŞ gərginliyini azaltmaq üçün vasitəçi olmağa hazır olduğunu deyib.


Müəllif: Mahir

Oxşar xəbərlər