13 Avqust 2019 17:20
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyalı prokurorlar Prezident Jair Bolsonaronun oğlu Eduardo Bolsonaronun ABŞ səfiri təyin edilməsi istəyinə etiraz ediblər.

Teleqraf.com xəbər verir ki, prokurorlar bunun qarşısını almaq üçün Braziliya Ali Məhkəməsinə yazılı müraciət ünvanlayıb.

Müraciətdə bildirilib ki, diplomatik təcrübəsi olmayan bir şəxsin səfir təyin edilməsi milli maraqları və dövlət sirlərini riskə atır:

“Xüsusilə də, şəxsi əlaqələrdə yaxınlıq varsa, bunun dövlət maraqlarını təhlükə qarşısında qoyması ehtimalı daha yüksəkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər