Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov avqustun 13-də keçirilməsi nəzərdə tutulan Rusiya, İran və Azərbaycan liderlərinin görüşünün təxirə salınmasının səbəbini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, D.Peskov deyib: “Avqustun 13-də keçirilməsi planlaşdırılan Rusiya, İran və Azərbaycanın dövlət başçılarının görüşünün təxirə salınması prezidentlərin iş qrafiklərinin daha müfəssəl əlaqələndirilməsi və bu qrafiklərin sinxronlaşdırılması üçün uyğun vaxtın seçilməsi ilə əlaqədardır. Diplomatik kanallarla qrafiklərin bu cür sinxronlaşdırılmasından sonra biz yeni müddət haqqında məlumat verəcəyik”.