14 Avqust 2019 16:29
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müsəlmanlar savaş istəmir, ancaq lazım olsa müharibədən də çəkinməyəcəyik”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Pakistan Prezidenti Arif Əlvi Hindistanın Cammu və Kəşmirin statusunu dəyişdirmək qərarına münasibət bildirərkən deyib.

Arif Əlvi Pakistanın müstəqillik günündə Hindistanın bu addımını beynəlxalq hüquqa zidd sayıb, Pakistanın kəşmirliləri tək qoymayacağını vurğulayıb.

Pakistanın baş naziri İmran Xan isə Kəşmirin Pakistana aid hissəsinə səfər edib, yerli əhalini dəstəklədiklərini bildirib.

Pakistan Hindistanın son qərarından BMT-yə müraciət edib.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər