Çeçenistanın başçısı Ramzan Kadırov öz qorxularından danışıb.
Teleqraf.com xəbər verir ki, çeçen lider bu barədə Rusiyada fəaliyyət göstərən “On TV”yə müsahibəsində söz açıb.
“Vicdanımı, şərəfimi, ləyaqətimi itirməkdən qorxuram, başqa heç bir şeydən qorxmuram”, - Kadırov deyin.
Çeçenistan başçısının dediyinə görə, əgər kimdənsə qorxurdusa, o zaman atası Axmat Hacı Kadırovun başladığı mübarizəni davam etdirməzdi:
“Əgər qorxurdumsa, atamın beynəlxalq terrorizmə qarşı başladığı mübarizəni davam etdirməzdim”.