25 Avqust 2019 10:00
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beş il bundan əvvəl taxt-tacını oğlu Felipeyə verən İspaniyanın sabiq kralı Xuan-Karlos ürəyindən əməliyyat olunub.

Teleqraf.com xəbər verir ki, Madridin “Quironsalud” özəl klinikasının həkimləri arteriyalarda qanın axınını bərpa etmək üçün sabiq kralın ürəyində aorta koronar şuntlama əməliyyatı aparıblar.

Hazırda 81 yaşlı Xuan Karlos intensiv terapiya palatasında yerləşdirilib. Xəstəni kral Felipe anası və sabiq kralın həyat yoldaşı Sofiya ilə birlikdə ziyarət edib.


Müəllif: Teleqraf.com