25 Avqust 2019 20:15
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Nançan şəhər beynəlxalq hava limanında xarici şirkətlərdən birinə məxsus yük təyyarəsinin uçuş-enmə zolağında xarab olması 196 reysin ləğv edilməsi və gecikməsi ilə nəticələnib.

Teleqraf.com xəbər verir ki, yerli vaxtla gecə saat 3:00 radələrində havaya qalxmağa çalışan təyyarənin mühərriklərində nasazlıq yaranıb. Pilot qəza əyləc sistemini işə salaraq təyyarəni dayandırıb. Bu zaman təyyarənin şassiləri partlayıb və zolağın asfalt örtüyü zədələnib. Nəticədə hava limanında təyyarələrin enməsi və qalxmasında fasilə yaranıb.

Təxminən 11 saat sonra nasaz təyyarə uçuş zolağından uzaqlaşdırılıb. Ondan sonra hava limanında uçuşlar bərpa olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər