25 Avqust 21:28

Türkiyə təhlükəsizlik qüvvələri ölkə daxilində və dövlət sərhədlərindən kənarda PKK-ya qarşı uğurlu antiterror əməliyyatı keçirib.

Teleqraf.com Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, ölkə daxilində 11, sərhədlərdən kənarda isə 13 terrorçu məhv edilib.

Hakkarinin Çukurca bölgəsində PKK terrorçularının əvvəlcədən yola basdırdığı partlayıcının işə düşməsi nəticəsində bir əsgər şəhid olub.


Müəllif: Teleqraf.com