Rusiya gəmi əleyhinə "Sirkon" hipersəsli raketi sınaqdan keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Taktiki raket silahı" korporasiyasının baş direktoru Boris Obnosov məlumat verib. .
İlkin sınaq barədə təfərrüatı açıqlamayan B.Obnosov əlavə edib ki, yerüstü hədəfləri vurmaq üçün "Sirkon"un yaradılması imkanı barədə danışmaq hələ tezdir: "Çünki hələlik onun indiki variantda sınaqlarını başa çatdırmaq lazımdır".
Qeyd edək ki, "Sirkon" havada min kilometrdən artıq məsafəni qət edə biləcək.