Ukrayna və Türkiyə prezidentləri arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.
Açıqlamada qeyd edilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski iki ölkənin bütün sahələrdə əməkdaşlıq mövzusunda həmrəylik nümayiş etdirib.
Prezidentlər bu il Kiyevdə keçiriləcək yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantının təşkilinə dair fikir mübadiləsi aparıb.
Açıqlamada Prezident Ərdoğanın Rusiya səfəri haqqında ukraynalı həmkarına məlumat verdiyi, Türkiyənin Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə olan dəstəyini yenidən təkrarladığı ifadə edilir.