1 Sentyabr 2019 10:52
2 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyasının (AVP) sədri İbrahim Çələbi Əli Babacanın və Əhməd Davudoğlunun Ana Vətən Partiyasının adından istifadə etmək istəyini rədd etdiyini bildirib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Çələbi "Yeni Akit" qəzetinə verib.

Çələbi 3 həftə əvvəl Əli Babacan komandası ilə görüşüb və görüşdə onlar növbədənkənar seçki keçiriləcəyi təqdirdə Ana Vətən Partiyasının adından seçkiyə girmək istədiklərini bildiriblər. Lakin Çələbi bu istəyə müsbət rəy vermədiyini bildirib.

Çələbi sabiq Baş nazir Əhməd Davudoğlunun seçkilərdən əvvəl onunla əlaqə qurduğunu və onlara bütün "qapıları bağladığını" söyləyib.

Partiya sədri “Bunlar Prezident Ərdoğanın köməyi ilə özlərinə yer tapan insanlardır. Məndən soruşsanız, xalqımız onların nə olduğunu bilir. Bu iki addan Türkiyəyə ümid olmaz", - deyə bildirib.

Çələbi həmçinin Əli Babacanın komandasında Ana Vətən Partiyasının keçmiş sədri Nəsrin Nasın da olduğunu deyib:

"Bu barədə çox danışmaq istəmirəm. Bu, bizim deyil, HDP-nin proqramlarına qatılan addır. O ad hər şeyini Ana Vətən Partiyasına borcludur".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər