3 Sentyabr 2019 12:56
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən cümə günü Rotterdamda toy karvanının təhlükəli hərəkəti və qanunları pozması və buna müdaxilə edən polisin döyülməsi Hollandiyada rezonansa səbəb olub.

Teleqraf.com xəbər verir ki, polis mübahisə etdiyi şəxslərdən birini həbs etmək istəyərkən, toy karvanda olan başqa bir nəfər onu arxadan vuraraq yerə sərib.

Polis zabiti beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya çatdırılıb. Bəy də daxil olmaqla toy karvanında olan 31 nəfər saxlanılıb.

Bundan sonra Rotterdam bələdiyyəsi türk və fars kökənli köçkünlərlə bağlı bir sıra qadağalar tətbiq etməyə hazırlaşdığını elan edib.

Şəhər rəhbərliyi bəyan edib ki, yol hərəkəti qaydaları və qanunlar hamı üçün keçərlidir.

Hazırda döyülən polis zabitinin müalicəsi davam edir. Onun xanımı yerli mediaya açıqlaması zamanı ərini vurduğuna görə hazırda axtarışda olan şəxsə müraciət edib: “Məsuliyyətini qəbul et və qanunlara tabe ol”.


Müəllif: Cavad

Oxşar xəbərlər