Çindən alınmış xiyar toxumu əkən Müyəssər Acıbal məhsulu görəndə görəndə gözlərinə inanmayıb. 1 metr uzunluğunda xiyarın çəkisi 30 kiloqrama çatıb.
Teleqraf.com xəbər verir ki, Türkiyənin Qozcağız qəsəbəsinin Əhmədlər məhəlləsində yaşayan 63 yaşlı Müyəssər Acıbal qonşusunun keçən il İzmirdən çinli vətəndaşdan aldığı xiyar toxumlarını bağçasına əkib. 6 xiyarın sürətlə böyüdüyünü görən Müyəssər Acıbal xiyarın tağını kökündən çıxarıb. O, günü-gündən böyüyən xiyarları qonşularına və dostlarına paylayıb.
Daha sonra xiyarın fotosunu çəkərək Əkinçilik və Meşə Müdirliyinə göndərib. Rəsmilər bunun bir xiyar növü olduğunu və kəsilməsəydi böyüməkdə davam edəcəyini bildirib.