4 Sentyabr 2019 15:51
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev barəsində açılan cinayət işinə etiraz olaraq məhkəmədə sualları cavablandırmaqdan imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə eks-prezidentin vəkili Sergey Slesarev məlumat verib.

“Müstəntiq və hakimlərin suallarına cavab vermir, susur. Bu, onun baş verən qanunsuzluğa etirazıdır ”, - Slesarev deyib.

Almazbek Atambayev dövlət çevrilişinə cəhddə, korrupsiya və hüquq mühafizə orqanlarına silahlı müqavimət göstərməkdə ittiham olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər