“İranın nüvə anlaşması üzrə üzərinə götürdüyü öhdəlikləri azaltması qəbuledilməzdir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
ABŞ-da qatıldığı bir radio proqramında çıxış edən dövlət rəsmisi bildirib: “Dünən nüvə silahı proqramını genişləndirəcəyini dedilər. Bu, qəbuledilməzdir.
Aylardır Prezident Tramp qeyd-şərtsiz İranla danışıqların davam etdirilməsindən məmnun olacağını deyir. Amma indi bizim bu açıqlamalara verəcəyimiz cavab bəllidir”.
Pompeo İran Prezidenti Həsən Ruhaninin tezliklə Avropa ilə anlaşacağından da pessimist olduğunu bildirib.