8 Sentyabr 2019 16:18
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada Çernobıl Atom Elektrik Stansiyasının qəzasından sonra nəzarətsiz qalan zonalara turist axını rekord həddə çatıb.

Teleqraf.com Ukraynanın Nəzarətsiz Ərazilərin İdarə Edilməsi üzrə Dövlət Agentliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu ilin 8 ayı ərzində nəzarətsiz ərazilərə 75 min turist gəlib. Təkcə avqust ayında 15 min turist Çernobıl hadisəsinin yaratdığı xarabalıqları müşahidə edə bilib. Bu da ilin əvvəlindən 5 dəfə çox deməkdir.

Qeyd edək ki, həmin zonalara turistlərin aparılması üçün 21 marşrut təsdiqlənib. Ötən il Çernobıl zonasını 63 min turist ziyarət edib. Ukrayna Prezidenti Vladimir Zelenski isə bəyan edib ki, Çernobıl zonası Ukrayna iqtisadiyyatının artımı üçün səmərəli istifadə edilməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər