Amerika Birləşmiş Ştatları İraqın yeni baş naziri Heydər Əl-Abadinin hərbi qüvvələrə yaraqlıların nəzarətində olan və əhalinin sıx məskunlaşdığı ərazilərdə döyüşlərin dayandırması əmrini alqışlayır.
Teleqraf.com-un amerikanınsesi.org-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri bildirib. O deyib ki, Əl-Abadi dünən günahsız insanların həlak olmasının qarşısını almaq üçün belə bir göstəriş verib. İraq ordusu İslam Dövləti yaraqlı qrupunun ələ keçirdiyi əraziləri geri almaq uğrunda mübarizə aparır.
Baş nazir yaraqlıları mülki əhalidən qalxan kimi istifadə etməkdə günahlandırıb.
Con Kerri bildirib ki, bu, İraq əhalisi çoxdan səbirsizliklə gözlədiyi bir addımdır.
Samir