12 Sentyabr 2019 08:08
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Estoniyanın Daxili İşlər Nazirliyi Ukrayna ilə viza rejimini birtərəfli qaydada ləğv etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, Estoniyanın Daxili işlər naziri Marti Xelmen ukraynalıların ümumi tarixi oxşarlıqları və coğrafi mövqe nəzərə alınarsa, bu addımın məqsədəuyğun sayıla biləcəyini deyib.

Hazırda Estoniya əhalisinin sayı 1.34 milyon nəfərdir. Avropa Birliyi ölkələrində sürətlə davam edən miqrasiya nəticəsində eston mütəxəssislərinin daha yüksək əməkhaqqı müqabilində digər ölkələrdə işləməyə üstünlük verməsi ölkədə ciddi narahatlıq yaradıb. Hökumət bu boşluğu Ukraynadan və digər ölkələrdən gələn mütəxəssislərin hesabına doldurmaq niyyətindədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər