Türkiyədə Azərbaycan Respublikasının diplomatik xidmətlərinin qurulmasının 100 illiyi münasibətilə qala gecəsi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbiri Azərbaycanın Ankaradakı səfirliyi təşkil edib.
“CerModern Sənətlər Mərkəzi”ndə təşkil olunan tədbirdə azərbaycanlı səfir Xəzər İbrahim, iş adamları, sənət adamları, bürokratlar və siyasətçilər və digər qonaqlar iştirak edib.
Qala gecəsində 1919-cu ildə Paris Sülh Konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin mübarizəsindən bəhs edən "Əbədi görəv" adlı sənədli film nümayiş olunub.