16 Sentyabr 2019 01:00
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tunisdə növbədənkənar perzident seçkilərinin birinci turu başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə seçkilər üzrə Ali Müstəqil Komissiyanın rəhbəri Nabil Baffun məlumat yayıb.

Onun sözlərinə görə, birinci turda saat 20:00 (GMT+4) üçün seçicilərin aktivliyi 35 faiz təşkil edib.

Seçkilərin nəticələri qanuna uyğun olaraq 3 gün ərzində bəyan ediləcək.

Qeyd edək ki, Tunisin prezidenti postuna 24 nəfər namizədliyini irəli sürüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər