Rusiyadan alınan “S-400” zenit-raket sistemlərinin Türkiyəyə tədarükünün ikinci mərhələsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, bu gün Ankaradakı Mürtəd aviabazasında “S-400” hava hücumundan müdafiə sistemlərinin ikinci batareyasının avadanlıqlarının tədarükü tamamlanıb.
“S-400”-ün Türkiyəyə təhvil verilməsi avqustun 27-də başlamışdı.
ABŞ Prezidenti Donald Tramp Rusiyadan hava hücumundan müdafiə sistemləri alan Türkiyəni sanksiyalarla təhdid etsə də, hələlik bu günədək bu istiqamətdə praktiki addım atılmayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq və hədələr baxmayaraq, sistemlərin Rusiyadan təhvil alınacağını açıqlamışdı.