16 Sentyabr 2019 18:05
1 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin tərkib hissəsi) hərbi-dəniz qüvvələri qaçaqmalçılıq yolu ilə 250 min litr dizel yanacağı daşıyan gəmini saxlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın dövlət teleradiokompaniyası olan IRIB məlumat yayıb.

“Bu yüklə yüklənmiş uzun qayıq İranın Bəndər-Ləngə limanından Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edirdi və Böyük Tomb adasından 20 mil şərqdə saxlanıldı”, – deyə IRIB İnqilab Keşikçiləri Komandalığının nümayəndəsinin sözlərindən sitat gətirir.

Məlumata görə, İranın cənubundakı Xormozqan əyalətinin sularında saxlanılan gəmidə 11 ekipaj üzvü olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər