Suriyanın Tel-Rifat bölgəsində YPG qüvvələri ilə Azad Suriya Ordusu (ASO) arasında silahlı qarşıdurma yaşanıb.
Teleqraf.com xəbər verir ki, Türkiyəyə yaxınlığı ilə seçilən ASO YPG qüvvələrinin ağır silahlardan istifadə etməklə başlatdığı hücumun qarşısını alıb.
Yerli mənbələr bildirib ki, YPG silahlıları Azez qəsəbəsinin cənubunda yerləşən Kafar Kaşirin qərbindəki Malikiyə sızma məqsədilə cəbhə xəttindən gecə saatlarında hücumlar təşkil edib.
ASO YPG qüvvələrinin hücumunun qarşısını alıb, onları geri oturdub.