Ərdəbil Apellyasiya Məhkəməsində güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin məhkəmə iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, məhkəmədə fəal barəsində çıxarılan 8 illik həbs cəzasına baxılıb.
İclas Ərdəbilin yeni prokuroru Abdulla Təbatəbayinin Abbas Lisanidən şikayəti əsasında baş tutub, o, məhkəmə hökmünə yenidən baxılmasını tələb edib.
Dörd saat davam edən məhkmə iclasında Abbas Lisani və onun vəkili Məhəmmədraz Fəqihi Ərdəbil İnqilab Məhkəməsinin hökmünə etiraz edib.
Abbas Lisani məhkəmə iclasının sonunda Azərbaycan-türk dilində hazırladığı açıq məktubu oxuyub və İran hakimiyyətini məhkəmə prosesini ictimaiyyətə açıq formada keçirilməsinə çağırıb.
Lisani çıxışının yekununda “Yaşasın ədalət”, “Yaşasın azadlıq”, “Yaşasın Azərbaycan” şüarlarını səsləndirib.
Azərbaycanlı fəal İran İnqilab Məhkəməsininin qərarı ilə 8 il azadlıqdan məhrum edilib. Bundan başqa Lisaniyə ailəsi ilə birlikdə 2 il Yəzdə sürgün edilmək cəzası verilib.
Əlvə edək ki, Abbas Lisani bu ilin yanvar ayında İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi (ETTELAAT) tərəfindən saxlanılıb. O, İran hakimiyyəti əleyhinə təbliğat aparmaq, dövlətin təhlükəsizliyini təhdid edən fəaliyyətləri icra etmək kimi qondarma ittihamlarla mühakimə olunub.