19 Sentyabr 2019 11:14
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ İrana qarşı koalisiyanın qurulması məsələsində avropalı müttəfiqləri, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə müzakirələr aparır”.

Teleqraf.com xəbər verir ki, bunu Səudiyyə Ərəbistanına səfər edən ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

Pompeo açıqlamasında İranın dünya enerji təhlükəsizliyini və bölgəni təhdid etdiyini bildirib.

Səudiyyə Ərəbistanın neft müəssisələrinə silahı hücumdan danışan dövlət katibi qeyd edib: “Səudiyyənin neft müəssisələrinə hücum Yəməndən yox, İrandan həyata keçirilib və bu, Səudiyyə Ərəbistanına qarşı savaş elanıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər