Türkiyə məhkəməsi ABŞ agenti kimi təqdim edilən Vaşinqtonun İstanbuldakı Baş konsulluğunun əməkdaşı Mətin Topuzun həbsdə qalması haqda qərar çıxarıb.
Teleqraf.com xəbər verir ki, FETO-çu sabiq polis rəisləri, hərbçilər və Türkiyədən qaçan sabiq hakim Zəkəriyyə Özlə yaxın əlaqələri təsbit olunan Mətin Topuzun həbsi Ankara-Vaşinqton arasında münasibətlərin gərginləşməsinə səbəb olmuşdu.
Mətin Topuzun vəkilləri onun azadlığa buraxılmasına dair vəsatət qaldırıb.
Mətbuat məhkəmə prosesinə buraxılmayıb. Məhkəmə heyəti Mətin Topuzun həbsdə qalması haqda qərar qəbul edib. Eyni zamanda şahid Fəyyaz Öztürkün məhkəmədə dindirilməsi haqda qərar verilib və növbəti proses dekabrın 11-nə təyin olunub.
Xatırlaq ki, Türkiyənin hüquq-mühafizə orqanları Mətin Topuzun yüzdən çox şəxslə əlaqə saxladığı, bu şəxslərin çoxunun FETO şəbəkəsinin üzvü olduğunu müəyyən edib. Mətin Topuz isə bu şəxslərlə ancaq iş səbəbindən təmasda olduğunu iddia edir.
ABŞ Dövlət Departamenti Mətin Topuzun azadlığa buraxılmasına dair çağırış edib.