Son 40 ildə İran özünü çox aqressiv aparır. Onlar "Hizbullah" vasitəsilə Livanı dağıtdılar. Onlar Suriyanı dağıtmaq üçün oraya hərbi dəstələr göndərdilər. Onların İraq və Yəməndə hərbi dəstələri var və bu dəstələri ballistik raket və dronlarla təmin edirlər".
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu bəyanatla Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adel əl-Cübeyr çıxış edib.
O, daha sonra bildirib ki, Səudiyyə Ərəbistanı xalqını müdafiə etmək üçün əllərindən gələn hər işi edəcəklər: "Bu təhlükəni aradan qaldırmaq üçün nə tələb olunursa, hamısını edəcəyik".