Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla keçiriləcək görüş barədə gözləntilərini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Ukrayna lideri amerikalı həmkarı ilə baş tutacaq görüşün məhsuldar olacağına və konkret məsələlərin müzakirə ediləcəyinə ümid etdiyini deyib:
“Düşünürəm ki, bizim əhatəli və güclü görüşümüz olacaq”.
O həmçinin vurğulayıb ki, Ukraynaya Birləşmiş Ştatların dəstəyi lazımdır.
Ukrayna prezidenti BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorkda səfərdədir.