25 Sentyabr 2019 11:58
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda bir nəfərin digər şəxsi küçənin ortasında güllələməsinin görüntüləri ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, dramatik görüntülər İstanbulun Daşdələn bölgəsində lentə alınıb.

Bir şəxs əvvəlcə digər şəxsi döyür və təpiklə vurub yerə yıxır. Bunun ardınca belində olan tapançanı çıxararaq yerə sərdiyi şəxsi güllələyir və dərhal hadisə yerindən qaçır.

Ehtimal edilir ki, hadisə borc üstündə baş verib. Bu iki şəxs əvvəlcə restoranda əyləşib söhbət ediblər. Daha sonra küçəyə çıxıblar və bu zaman hər kəsin gözü qarşısında güllələnmə olayı baş verib. Hadisəni ətrafda olan vətəndaşlar və avtombil sürücüləri telefonla çəkib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər