Atlantik okeanında göyərtəsində Ukrayna vətəndaşları olan Bourbon Rhode gəmisi itib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin Konsulluq Xidmətləri Departamentinin direktor müavini Vasili Kiriliç bildirib.
"Sentyabrın 26-da Atlantik okeanında, Martinikidən (Fransanın dənizi idarəsi) təxminən 1200 dəniz mili məsafəsində Bourbon Rhode gəmisi fırtına nəticəsində itkin düşüb. Ekipaj üzvləri arasında Ukrayna vətəndaşları da var", - Kiriliç deyib.
Axtarış əməliyyatının Fort De France Dəniz Xilasetmə və Koordinasiya Mərkəzi tərəfindən həyata keçirildiyi bildirilir. İlkin məlumatlara görə, gəmidə ən azı 10 ukraynalı var.