Çilinin sahillərində 7,2 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidmət Agentliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, zəlzələnin mərkəzi Konstitusyon şəhərindən 66 km cənub-qərbdə yerləşib.
Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.
Dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib. Sunami təhlükəsi də elan edilməyib.