30 Sentyabr 2019 11:27
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və ölkənin müdafiə naziri Məhəmməd bin Salman əl-Səud ölkənin hava hücumundan müdafiə sistemlərinin neft obyektlərinə hücumları hansı səbəbdən dəf edə bilmədiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, “CBS” telekanalının efirində deyib:

“Səudiyyə Ərəbistanı demək olar ki, bir qitə böyüklükdədir, o, bütün Qərbi Avropadan daha böyükdür. Bizə hər tərəfdən təhdidlər var. Bütün bunları tamamilə önləmək çətindir”.

“Hücumun strateji hədəfi nədir” sualına cavab verən Məhəmməd bin Salman bunun “axmaqlıq” olduğunu bildirib:

“Yeganə strateji məqsəd onların axmaq olduqlarını sübut etməkdir. Eynilə etdikləri də budur”.

Sentyabrın 14-də Səudiyyə Ərəbistanın şərqindəki “Saudi Aramco” neft emalı zavodlarına dronlarla hücum edilib. Hücumun məsuliyyətini yəmənli üsyançı husilər öz üzərinə götürüb.


Müəllif: Səxavət

Oxşar xəbərlər