30 Sentyabr 2019 11:57
345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Hindistanın şimal ştatlarında baş verən daşqın və torpaq sürüşməsi nəticəsində ən azı 134 nəfər həyatını itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hindustan Times” ölkə hakimiyyətinə istinadən xəbər yayıb.

Təbii fəlakətdən daha çox Uttar-Pradeş və Bihar əyalətlərinin zərər çəkdiyi qeyd olunur. Bu bölgələrdə daha çox insan ölüb – 127 nəfər.

Daşqın və bundan sonra yaranan torpaq sürüşmələri Hindistan bölgələrinin infrastrukturuna və həyatına da təsir edib. Bir sıra şəhərlərdə məktəblər bağlanıb, mağazalar və müxtəlif dövlət qurumları işləmir.

Avqust ayında Hindistanın bir neçə ştatında güclü yağışın yaratdığı daşqın nəticəsində 270-dən çox insan həyatını itirmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər