Pakistan Baş naziri İmran Xan Tvitter hesabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla çəkilmiş fotosunu paylaşaraq, tərəflər arasında anlaşmaya dair mesaj verib.
Teleqraf.com xəbər verir ki, fotoda Ərdoğan və İmran Xanla yanaşı, Malayziya Baş naziri Maxatxir Məhəmməd də yer alıb.
Pakistan baş naziri paylaşımında üç ölkənin quracağı ingilisdilli telekanalın BBC formatında olacağını bildirib:
“BBC-yə oxşar ingilis dilində yayımlanacaq telekanalın qurulması haqda apardığımız müzakirədən. Bu kanal müsəlmanların problemlərini dilə gətirməklə yanaşı, islamofobiyaya qarşı mübarizə də aparacaq”.
İmran Xan bundan əvvəl də üç ölkənin təşəbbüsü ilə ingilis dilində fəaliyyət göstərəcək yeni telekanalın qurulacağını açıqlamışdı.