16 Sentyabr 2014 16:15
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin şimalındakı Hebei əyalətində bir yük maşınının avtobus dayanacağına çırpılması nəticəsində 8 nəfərin ölüb, 6 nəfər yaralanıb.

Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, Zhangjiakou şəhərindəki səhər saatlarında meydana gələn qəza yük maşınının əyləcinin boşalması səbəbindən meydana çıxıb.

Şahidlər bildirirlər ki, qəza zamanı avtobus dayanacağında 20 nəfər olub. Qəzanın iş saatında baş verməsi insan itkisinin artmasına səbəb olub.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif: