16 Sentyabr 2014 18:10
2 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə azyaşlı qıza təcavüz edilib.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən veridiyi xəbərə görə, Kayseridə 15 yaşlı qız və 31 yaşlı oğlan sosial şəbəkədə tanış olublar. Onlar Tavlusun Məhəlləsində bir neçə dəfə mağarada görüşüb cinsi əlaqədə olublar.

Qızın ailəsinin hadisəni öyrənib şikayət etməsindən sonra oğlan (Hüseyn Öksüzalioğlu) Ağır Cinayətlərə Dair Məhkəmənin qərarı ilə həbs olunub. Məhbus gənc qızın öz istəyi ilə onunla olduğunu iddia edərək sərbəst buraxılmasını istəyib.

Məhkəmənin son qərarına əsasən, müttəhim 15 il 9 ay 7 gün həbs cəzasına məhkum edilib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər