Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.
Teleqraf.com xəbər verir ki, qanunsuz baş tutan səfər çərçivəsində Zatulin Xankəndində Qarabağdakı separatçıların başçısı Bako Saakyanla görüşüb.
Görüşdə separatçılarla Rusiya hökuməti arasındakı münasibətlər müzakirə olunub.
Rusiyada erməni separatçıların lobbiçiliyini edən Zatulin dəfələrlə Qarabağ məsələsi ilə əlaqədar Azərbaycan əleyhinə fikirlər səsləndirib.