15 Oktyabr 2019 10:28
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə “Sülh çeşməsi” əməliyyatı çərçivəsində Menbiç əməliyyatına başlayıb.

Teleqraf.com xəbər verir ki, əməliyyatda Suriya Milli Ordusu da fəal rol alır.

Dünən axşam saatlarında Menbiç sərhədi yaxınlığında gözləmə mövqeyində olan türk zirehli texnikası və əsgərləri, habelə Azad Suriya Ordusu Menbiçə doğru irəliləməyə başlayıb. Hadisə yerində olan türk jurnalistləri hazırda silah səslərinin eşidildiyini bildirirlər.

Qeyri-rəsmi məlumatlara görə, Bəşər Əsəd ordusu da Menbiç istiqamətində mövqe tutur.


Müəllif: Cavad