17 Oktyabr 2019 19:53
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Selanikdə Mustafa Kamal Atatürkün evinə hücum edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.

Sözçü deyib ki, Yunanıstanda anarxist qruplar bu gün saat 10:00-da Selankdəki baş konsulluğun yerləşdiyi ərazidə Atatürk evində tədbir keçirməyə cəhd ediblər.

Hami Aksoy əlavə edib ki, türk milləti üçün son dərəcə yüksək mənəvi dəyər olan Atatürk Evinə zərər vura bilməyiblər: “Yunanıstan polisi anarxist qrupları konsulluğun həyətindən çıxarmağı bacarıb. Yunanıstan rəsmilərindən tələbimiz dəyərlərimizə həqarət edənlərin cəzalandırılmasıdır”.


Müəllif: Cavad