17 Oktyabr 2019 23:01
1 535
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp Türkiyə prerzidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Teleqraf.com xəbər verir ki, ABŞ prezienti Türkiyə rəhbərinə minnətdarlığını özünün "Twitter"dəki səhifəsində bildirib.

"Türkiyədən əla xəbərlər var, Ərdoğana təşəkkürlər, milyonlarla həyat xilas ediləcək", - deyə Ağ Ev rəhbəri yazıb.

Qeyd edək ki, bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Maykl Pens görüşüb. Görüş saat yarıma qədər davam edib.


Müəllif: Teleqraf.com