18 Oktyabr 2019 16:09
2 972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan xarici media təmsilçiləri ilə görüşü zamanı Suriya rejiminin lideri Bəşər Əsəd haqqında maraqlı fikirlər deyib.

Teleqraf.com-un məlumatına görə, Ərdoğan bildirib ki, 2011-ci ildə Suriyada hadisələrin ilk başlanğıcına qədər Bəşər əsədlə çox müsbət əlaqələri olub.

Bəşər Əsədlə ailəvi münasibətlərinin çox yaxın olduğunu bildirən Türkiyə lideri əlavə edib ki, hətta bu yaxınlıqdan dolayı Bəşər Əsədə demokratiya ilə bağlı tövsiyələr də verirmiş: “Xüsusilə, kürd qardaşlarımızla bağlı siyasətində daha müsbət addımlar atmasını istəyirdim.

Əsəd ona verdiyimiz bu tövsiyələri diqqətə almadı. Nəticədə Suriya əhalisinin yarısından çoxu - 12 milyon insan evindən oldu, 6 milyonu ölkə xaricinə pənah apardı, 4 milyonu da bizim ölkəmizə gəldi. Bunun 3,6 milyonu Suriya çapında olan qaçqınlar, 350 mini isə Kobanidən gələn kürdlərdir”.


Müəllif: Cavad