14 Aprel 2014 18:27
1 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni əsilli porno ulduz Kim Kardaşyanın 2012-ci ildə ABŞ-da keçirilən prezident seçkilərində Barak Obamaya kömək üçün müraciət etdiyi barədə məlumat yayılıb.

Teleqraf.com-un “Radar online”yə istinadən verdiyi məlumata görə, Obama qəti şəkildə Kardaşyanın yardımından imtina edib. Ağ Ev rəsmilərindən biri sayta açıqlamasında deyib ki, Kardaşyan Ağ Evin axtardığı isim deyildi: “İsrarla kömək etmək istəsə də, seçki kampaniyası dövründə onun yardım etməsinə icazə verilmədi. Kardaşyan siyasi zəhərdir. Onun siyasi hadisəyə daxil olması seçki prosesinin ciddiliyinə şübhə altına alardı”.

Qeyd edək ki, Barak Obama Kardaşyanın təklifini rədd etsə də, Keti Perri kimi məşhurların yardımından istifadə edib.


Müəllif:

Oxşar xəbərlər