Şotlandiyada qəribə görünüşlü bir heyvanın cəsədi geniş müzakirəyə səbəb olub.
Teleqraf.com xəbər verir ki, sirli cəsəd Aberden sahillərində aşkarlanıb.
Tüklü bədəninə görə cəsədin pişik və ya başqa bir məməliyə aid olduğu deyilib, amma heyvanın başı sürünənlərə oxşayır. Bu bənzərlik onun indiyədək rast gəlinməyən bir sürünən ola biləcəyi kimi spekulyasiyalara yol açıb.
Ən ilginc iddia isə cəsədin laboratoriyada yaradılmış qeyri-adi canlı olması ilə bağlıdır: “Bu, qeyd-şərtsiz bir Frankşteyndir, kimsə tərəfindən yaradılıb”.