İraqın şimalında Türkiyədə ən çox axtarılan PKK terrorçusu neytrallaşdırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
“Türkiyədə axtarışda olan PKK üzvü olan terrorçu İraqda zərərsizləşdirilib”, – deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, oktyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada “Sülh çeşməsi” adlı hərbi əməliyyat zamanı Türkiyə ordusu tərəfindən 765 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlamışdı.