6 Noyabr 2019 18:24
3 355

Türkiyədə ATV kanalında yayımlanan “Hercai” serialının aktyoru Akın Akınözü əcnəbi sevgilisi Sandra Pestemalci ilə görüntülənib.

Teleqraf.com xəbər verir ki, Akın Akınözü mətbuatdan uzaq tutduğu sevgilisi ilə alış-veriş mərkəzində obyektivlərə tuş gəlib.

Sandra Pestemalci İstanbul Texniki Universitetinin məzunudur. Onun 24 yaşı var.

Bununla belə Sandra Nyu-Yorkda da təhsil alıb.

Qeyd edək ki, Akın Akınöz “Hercai” serialında Miran Aslanbey obrazını canlandırır.


Müəllif: Rəqsanə Həsənova