7 Noyabr 2019 17:24
1 778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federal Təhlükəsizlik Xidməti ölkə ərazisində terror təhlükəsi ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə xidmətin rəisi Aleksandr Bortnikov məlumat yayıb.

Bortnikovun sözlərinə görə, Yaxın Şərqdəki cihadçı militanların qohumları Rusiyaya qayıdaraq ölkə ərazilərində terror təhlükəsi yarada bilər.

O, 2000 Rusiya vətəndaşının Yaxın Şərqdəki terrorçularla qohum olduğunu bildirib:

“Bu insanlar müxtəlif dəhlizlər vasitəsilə Yaxın Şərqdə savaşın olduğu bölgələrdən Rusiyaya gələ bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər