7 Noyabr 2019 18:39
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu yeni siyasi partiya quruculuğa ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, keçmiş hökumət başçısı partiya quruculuğu işlərinin davam etdiyini bildirib.

“Yeni bir siyasi hərəkat yaradacağımızı elan etmişdik, bu istiqamətdəki işlərimiz davam edir. Partiyanın proqramı, sənədləşmə və idarə heyətinin formalaşdırılması işini aparırıq. Bu barədə nüfuzlu şəxslərlə də görüşdük. Bəzilərinə üzvlük təklif etdik, bəzilərinə də əməkdaşlıq. Ciddi uğurlarımız var, yeni siyahı hazırlayırıq və başa çatdıqdan sonra təqdim edəcəyik”, - Davudoğlu vurğulayıb.

O, baş nazirin keçmiş müavini Əli Babacanın partiya quruculuğunda yer alıb-almadığına dair suala da cavab verib: “Buna etiraz etmir, amma təklifimizə də bir cavab verməyib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər