11 Noyabr 2019 19:00
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Nikki Heyli çapa verməyə hazırlaşdığı yeni kitabı ilə bağlı ilginc açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Heyli keçmiş dövlət katibi Reks Tillerson və Ağ Ev heyətinin rəhbəri Con Kellinin Prezident Donald Trampa təzyiq etdiyini və özünün də bunu sübut etməyə hazır olduğunu bildirib.

“Kelli və Tillersonun bunu etməsinin səbəbi ölkəni xilas etməkdir. Məndən də bu addımı atmağımı istədilər”, - diplomat vurğulayıb.

Nikki Heyli hər iki şəxsin təklifini rədd etdiyini və Trampın təlimatlarına uyğun fəaliyyət göstərdiyini söyləyib:

“Tillerson mənə prezidentin nə etdiyini bilmədiyini və cilovlanmasa, çox insanın öləcəyini dedi. Mən isə “Bunu mənə yox, gedib prezidentə deyin, əgər etdiklərini də bəyənmirsinizsə, vəzifənizi buraxa bilərsiniz” cavabını verdim.

Prezidentin arxasından iş görmək çox təhlükəli bir şeydir. Bu, Konstitusiyaya da uyğun deyil”.

Nikki Heylinin rezonans yaradacaq kitabının sabah ABŞ-da satışa çıxarılacağı bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu