14 Noyabr 2019 17:09
1 858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda kimsəsiz uşaq evləri və internat məktəblərində ailə himayəsindən məhrum olmuş uşaqların xarici vətəndaşlara qanunsuz olaraq satılması faktları aşkar olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, Təhlükəsizlik Xidməti kimsəsiz uşaqların qanunsuz olaraq İtaliya vətəndaşlarına verilməsi ilə bağlı ondan çox hadisə müəyyən edib.

Məlum olub ki, iki Ermənistan vətəndaşı respublikanın perinatal mərkəzlərindən birində, bir sıra şöbələrdə və uşaq evlərindəki təmaslarından istifadə edərək uşaq satması üçün bir sxem hazırlayıb:

“Doğum xəstəxanalarının həkimləri və bir sıra məsul işçiləri 2016-cı ildən 2018-ci ilə qədər əvvəlcədən sui-qəsd və şəxsi məqsədlər üçün bir çox hamilə və övlad sahibi olan qadını müxtəlif bəhanələrlə uşaqlarından imtina etməyə məcbur edib. Ondan çox qadın cinayətkarların qurbanı olub”.

Araşdırmadan sonra bəlli olub ki, şantaj, təhdid və körpələrin ölümcül xəstə olması kimi müxtəlif üsullarla ailələrindən alınan azyaşlılar kimsəsiz uşaq evlərində yerləşdirilərək buradan satışa çıxarılıb.

Eyni zamanda, övladlığa götürmə prosedurunun Ermənistan vətəndaşları üçün qeyri-qanunu əngəlləndiyi və övladlığa götürmə hüququndan məhrum olunduğu bildirilib. Ailələrindən müxtəlif yollarla alınan uşaqlar bir sıra xarici ölkələrin, əsasən də İtaliya vətəndaşlarına satılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif: Mənsur Rəğbətoğlu