18 Sentyabr 2014 17:30
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Antalyada yaşayan 43 yaşlı İbrahim Erim Facebook-da Rəcəb Tayyib Ərdoğanı hələ baş nazir olarkən fotomontaj vasitəsilə Qanuni Sultan Süleymana bəzətdiyi üçün bir müddət öncə məhkəməyə verilib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən məlumatına görə, yaşadığı ərazidə prokurorluq tərəfindən irəli sürülən ittihamnamədə İbrahim Erim baş naziri təhqir etməsi öz əksini tapıb.

Bu gün keçirilən məhkəmə iclasında prokuror məhkəmədən İbrahim Erimin bu hərəkətinə görə bir il həbs istəyib. Lakin məhkəmə onu 1 il həbs cəzasının əvəzinə 6 min lirə (3 min dollar) cərimələyib.

AZAD


Müəllif:

Oxşar xəbərlər